We can not always build the future for our youth, but we can built our youth for the future

Wednesday 21 June 2017

“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıblar



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə təşkil etdiyi “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurulub. Bilik Fondunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbirdə hər iki qurumun rəhbərləri, müsabiqə qalibləri, təşkilat komitəsinin və münsiflər heyətinin üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Nurəddin Heydərov müsabiqənin gedişi və yekunları barədə iştirakçılara məlumat veriblər. Qeyd olunub ki, Bilik Fondu ilə "Azərbaycan müəllimi" qəzeti redaksiyası arasında əməkdaşlıq çərçivəsində keçirilən müsabiqəyə 2017-cı il martın 1-dən start verilib. Müsabiqəyə müəllimlərin şəxsi iş təcrübəsinə əsaslanmaqla təhsilin və müasir dərsin aktual problemləri barədə metodik yazılar qəbul olunub. Məqsəd yaradıcı müəllimləri aşkara çıxarmaq, onları axtarışlara həvəsləndirmək və təcrübə mübadiləsinə cəlb etməkdir. Müsabiqədə orta məktəb müəllimləri ilə yanaşı, bağça və məktəb rəhbərləri, kollec və universitet müəllimləri də iştirak ediblər. Yazıların qəbulu üçün ayrılmış bir ay ərzində təşkilat komitəsinə 80-dən çox metodiki iş daxil olub. Dəyərləndirmə iki mərhələdə aparılıb. Birinci mərhələdə yazılara ayrı-ayrı fənnlər üzrə təcrübəli müəllimlər, pedaqoq-metodistlər və alimlər tərəfindən baxılaraq müvafiq qiymətləndirmə aparılıb. Seçilmiş 28 yazı ikinci mərhələdə Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Azərbaycan müəllimi” qəzeti, Bilik Fondunun təcrübəli və peşəkar əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə bir yazı I yerə, üç yazı II yerə, beş yazı III yerə layiq görülüb, qalan 19 yazının müəlliflərinə isə həvəsləndirici mükafatın verilməsi qərara alınıb.
Müsabiqəyə ölkənin 21 şəhər və rayonundan yazı təqdim edilib. Bakı, Sumqayıt, İsmayıllı, Şamaxı, Ağsu, Salyan, Astara, Sabirabad, Qubadlıdan olan müəllim və təhsil işçiləri “Ən yaxşı yazı” müsabiqəsində xüsusilə fəal iştirak ediblər.
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, Təhsil İnstitutu direktorunun müavini Faiq Şahbazov, professor İntiqam Cəbrayılov qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qaliblər belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hal hesab edərək təşkilatçı qurumlara minnətdarlıqlarını bildiriblər. Xüsusilə rayonlardan olan müəllimlərin belə müsabiqələrə qatılmasını və yüksək qiymətləndirilməsini iştirakçılar zəruri stimullaşdırıcı amil kimi dəyərləndiriblər.
Tədbirdə müsabiqə qaliblərinin metodiki yazı nümunələrinin toplu şəklində nəşr olunması, qabaqcıl təcrübənin yayılması məqsədilə bölgələrdə fəaliyyət göstərən bilik evlərində ustad dərslərinin təşkil edilməsi qərara alınıb.

new edition

new edition
Say your opinions. Read online or download

English as a global language