We can not always build the future for our youth, but we can built our youth for the future

Friday 22 May 2015

“Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 20-də Təhsil Nazirliyinin “Edumedia Azərbaycan” təşkilatı ilə birgə təşkil etdiyi “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Edumedia Azərbaycan” təşkilatının direktoru Elxan Əzizov, ali və ümumi təhsil məktəblərinin rəhbərləri iştirak ediblər.

Məktəbimizin ingilis dili müəllimləri Abbasova Təranə və Məhərrəmova Yaqut mükafat alanlar arasında olub. Abbasova Təranə  “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin I- IV siniflər üçün hazırlanmış ən yaxşı resurs nominasiyası üzrə III yerə , Məhərrəmova Yaqut isə “Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin V-XI siniflər üçün hazırlanmış  ən yaxşı resurs nominasiyası üzrə fərqlənməyə layiq görülmüşlər.
   






new edition

new edition
Say your opinions. Read online or download

English as a global language