Friday, 22 May 2015
“Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 20-də Təhsil
Nazirliyinin “Edumedia Azərbaycan” təşkilatı ilə birgə təşkil etdiyi
“Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin qaliblərinin
mükafatlandırılması keçirilib.
Tədbirdə təhsil
nazirinin müavini Ceyhun Bayramov, “Edumedia Azərbaycan” təşkilatının direktoru
Elxan Əzizov, ali və ümumi təhsil məktəblərinin rəhbərləri iştirak ediblər.
Məktəbimizin ingilis
dili müəllimləri Abbasova Təranə və Məhərrəmova Yaqut mükafat alanlar arasında
olub. Abbasova Təranə “Promethean
interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin I- IV siniflər üçün
hazırlanmış ən yaxşı resurs nominasiyası üzrə III yerə , Məhərrəmova Yaqut isə
“Promethean interaktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin V-XI siniflər
üçün hazırlanmış ən yaxşı resurs
nominasiyası üzrə fərqlənməyə layiq görülmüşlər.
Subscribe to:
Posts (Atom)